"Birləşmiş Ştatlar prezidenti Co Baydenin səfəri ilə Rusiya-Ukrayna müharibəsi yeni fazaya keçid etdi".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən konfliktoloq Elman Vəliyev deyir ki, Rusiya prezidenti Vladimir Putin 2026-ya qədər davam edən START layihəsini dayandırdı:
"Yəni bu deməkdir ki, Rusiya nüvədən istifadə etməyi düşünür. Amma əsas sual burasındadır ki, bunu harada işlətməyi düşünür. Burnunun ucundakı Ukraynaya qarşı istifadə etmək, genofondundan gələnləri məhv etmək axmaqlıq olar. Rusiya bunu Avropada, yoxsa Balkanlarda istifadə edəcək? Önəmli sual budur".
Elman Vəliyev qeyd edib ki, Rusiya Ukrayna qarşı başlatdığı yeni etapı "hilal" strategiyası ilə öz leyhinə çevirə bilər:
"Yoxsa əvvəlki taktika ilə üstünlük qazana bilməz! Bəs Amerikanın məqsədi nədir? Rusiya əsas iqtisadi rəqib deyil. Önəmli rəqib Çindir. Bunu Vaşinqton yaxşı bilir. Rusiyanın genişlənmə siyasətini təhdid kimi görürdüsə, indi o təhdid də aradan qalxdı. Bəs məqsəd nədir? Bunu 3 ehtimalla izah edə bilərəm!
Birincisi, Rusiyanı sıradan çıxartmaqla Çinin "hörümçək" şəbəkəsinə zərbə vurmaq. Pekinin " bir kəmər bir yol" layihəsinin mühüm hissəsi Rusiyadan keçir. Yaxud Çinlə ola biləcək qarşıdurmada potensial dəstəkçi olan Rusiyanı kilidə salmaq.
İkincisi. müharibə silah tüccarlarının əsas gəlir mənbəyidir. Ən böyük tüccarlar isə yəhudi lobbisidir.
Üçüncüsü, nüvə silahının istifadəsi ehtimalı. Rusiyanı buna vadar edirlər. Rusiya bundan istifadə edərsə, digər tərəflər də qarşılıq verəcək. Bu isə Yeni Dünya müharibəsi deməkdir".
Mehman