Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan növbəti antiterror əməliyyatı üçün zəmin yaradır -ÖZƏL

Ermənistan növbəti antiterror əməliyyatı üçün zəmin yaradır


"Bu gün Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif istiqamətlərində yerləşən mövqelərinin atəşə məruz qalması və atəşkəs rejiminin demək olar ki, hələlik tam müəyyən edilməmiş bütün sərhəd boyunca pozulması onu deməyə əsas verir ki, İrəvan heç bir halda sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və əsas məqsədi sərhəd boyunca gərginliyi artırmaqdır".

Newscenter-az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Mərkəzdən daxil olan açıqlamada bildirilib ki, İrəvanın bu kimi təxribatları Azərbaycan Silahlı Qüvvələrinə Qarabağda növbəti antiterror əməliyyatı həyata keçirmək üçün zəmin yaradır:

"Baxmayaraq ki, rəsdami Bakı bütün məsələlərin daim danışıqlar yolu ilə həllinə tərəfdar olub, ancaq görünən odur ki, Ermənistan Azərbaycanın bu xoşməramlı niyyətindən sui-istifadə etməyə çalışır".

Analitik Mərkəz hesab edir ki, Ermənistan nə qədər gec deyil, yalnış addımlar atmaqdan çəkinməlidir.

Mehman
Xəbəri paylaş