Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk Ukraynada müharibəyə son qoyulması barədə çağırış edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Vatikanda keçirilən ənənəvi çıxışında Papa sülh səylərinə töhfə verməyə hazır olduqlarını və bu məqsədlə həm Ukraynaya, həm də Rusiyaya səfər etmək istədiyini bildirib.
Fransisk bütün tərəflərin Ukraynada sülhün əldə edilməsi üçün səylərini səfərbər etməli olduğunu deyib.
Mehman