Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yunanıstanda "Heydər Əliyev və Azərbaycan dili" adlı tədbir keçirilib

Yunanıstanda  "Heydər Əliyev və Azərbaycan dili" adlı tədbir keçirilib


Yunanıstanın Saloniki Şəhərində "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev və Azərbaycan dili" adlı tədbir keçirildi.

Newscenter.az-a Cəmiyyətdən bildirilib ki, tədbirdə Salonik şəhərində yaşayan soydaşlarımız, Cəmiyyətin üzvləri və Keçmiş Sovet İttifaqı Ölkələrindən Olan Yunan İcmalarının Ümumyunan Federasiyasının sədri Aleksandros Mixailidis və Federasiyanın Baş Katibi İliana Kadaidou, "Tereza Ana" Alban Qaçqınları Cəmiyyətinin sədri cənab Arian Kara, Thess Culture-un jurnalistləri Dimitris Konstantinidis və Katerina Chatzikonstantinou və Türkoloq Sokrat Angelidis iştirak edirdilər.

"QALA" Cəmiyyətinin Baş katibi Salatın xanım Məmmədli tədbiri açıq elan edərək qonaqları salamladı. Məruzəçilər Dil Monitorinq Mərkəzinin rəhbəri professor Sevinc xanım Əliyeva Azərbaycan dilinin qədim tarixi haqda və Ulu Öndərin Azərbaycan dilinin inkişafında gördükləri işlər və Cənab prezidentimiz İlham Əliyevin bu gündə Ulu Öndərin siyasi kürsünün davamçısı kimi Azərbaycan dilinin dünyada təbliği haqqında məlumat verdi və Cəmiyyətlərin nəzdində Azərbaycan Dili kurslarının olması təşəbbüsü ilə çıxış etdi. Monitorinq mərkəzinin baş məsləhətçisi əməkdar artist Aygün xanım Qurbanova çıxış edərək bildirdi ki, Azərbaycan mədəniyyəti və doğma ana dilimizi, ata-babalardan qalan adət-ənənələrimizi göz bəbəyimiz kimi qoruyub yaşatmalıyıq. Professor Türkoloq Sokrat Angelidis Azərbaycan xalqı və dilin qədimliyi haqda tədbir iştirakçılarına məruzə etdi.

Mehman
Xəbəri paylaş