“İki aydan artıqdır ki, Xankəndi-Laçın yolunda ermənilərin Qarabağda törətdikləri ekoloji terrora etiraz əlaməti olaraq keçirilən aksiya Azərbaycan dövlətinin, xalqının, onun vətəndaş cəmiyyəti nümayəndələrinin iradəsi, gücünü, mübarizliyini göstərir. Təkcə Azərbaycanda deyil, eləcə də ölkəmizdən kənarda gənclərimiz, ekofəallarımızın ortaya qoyduğu bu mübarizə ruhu insanlarda həsəd hissi yaradır”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupunun keçən il, dekabr ayının 12-dən Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti nümayəndələri və ekofəalların təşkil etdiyi dinc etiraz aksiyasına dair açıqlamasında yer alıb.
Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, hava şəraitinin qarlı-şaxtalı olmasına baxmayaraq aksiya iştirakçıları bu günə qədər bir an da olsa öz mövqelərindən, tələblərindən geri çəkilməyib, öz haqlı mübarizələrini davam etdiriblər:
“Təəssüflər olsun ki, Qərbdə, Avropadakı erməni şəbəkəsi, lobbisi bu dinc aksiyanı guya Azərbaycanın Qarabağdakı erməniləri blokadaya alması kimi qələmə verir və bir çoxları da erməni yalanlarına şərik çıxaraq Azərbaycanı ittiham edirlər. Əslində isə reallıq fərqlidir və yol humanitar məqsədlər üçün hər zaman açıqdır. Bunu Qarabağdakı separatçılar, eyni zamanda rəsmi İrəvan da çox gözəl bilir”.
Anlatik Qrup hesab edir ki, Avropada erməni yalanlarına şərik çıxıb Azərbaycanı ittiham edən ayrı-ayrı dövlətlərin rəsmiləri, siyasilərini, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycana səfərə dəvət edərək həmin əraziyə gətirmək, Xankəndi-Laçın yolunun heç də onların iddia etdiyi kimi bağlı olmadığını əyani şəkildə onlara göstərmək məqsədəuyğun olardı. Anlitik Qrupun qənaətincə, belə olan halda Avropada erməni yalanlarına şərik çıxaraq Azərbaycana qarşı hücuma keçənlər antiAzərbaycan mövqelərindən çəkilə bilərlər.
Mehman