Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda bütün dinlərə, onların müqəddəs bayramlarına, abidələrinə hörmətlə yanaşılır -ÖZƏL

Azərbaycanda bütün dinlərə, onların müqəddəs bayramlarına, abidələrinə hörmətlə yanaşılır


"Azərbaycanda bütün dinlərə, onların müqəddəs bayramlarına, abidələrinə hörmətlə yanaşılır və dövlət tərəfindən qayğı göstərilir".

Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, 44 günlük vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızdakı mənzərə Azərbaycanın multikultural ölkə olduğunu bir daha sübuta yetirdi:

"Azərbaycanın işğaldan azad olunmuş 20 faiz ərazisi ilə, digər əraziləri arasındakı fərqə baxmaq kifayətdir. Mənfur ermənilər işğal illərində dini və tarixi abidələrimizi dağıtmış, məscidlərdə donuz saxlamaqla dinimizi təhqir etmişdir".

Anar Salehoğlunun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində multikulturalizm nümunələrinə rast gəlmək olar. Lakin Azərbaycan nümunəsi qədim tarixə, mədəniyyətə və ilkin sivilizasiyalara söykəndiyinə görə digərlərindən köklü surətdə fərqlənir

Mehman
Xəbəri paylaş