Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Azərbaycan heç bir hüquqi öhdəlik daşımır -ÖZƏL

Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Azərbaycan heç bir hüquqi öhdəlik daşımır


"Beynəlxalq Ədalət Məhkəməsi Qarabağdakı “ermənilərin blokadası” ilə bağlı bu yoldan ermənilərin maneəsiz hərəkətini tələb etməsi məsələyə birtərəfli qaydada baxılmaqdır. Hər şeydən əvvəl ona görə ki, bu yolda Azərbaycan vətəndaş cəmiyyəti fəalları tərəfindən etirazların başlanmasının əsas səbəbi məhz Xankəndindəki separatçı rejimin Azərbaycanlı ekoloqların qanunsuz qazıntıların monitorinqini aparmasına maneə yaratması idi".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, azərbaycanlı aktivistlər isə buna etiraz olaraq Xankəndi-Laçın yolunun Şuşa şəhərindən gedən hissəsində aksiya keçirirlər:

"Ermənistanındakı dairələr Beynəlxalq Ədalət Məhkəməsinin qərarını öz marağına uyğun interpretasiya edərək bunu erməni cəmiyyətinə başqa cür təqdim edirlər, guya Ədalət Məhkəməsi Azərbaycanı Qarabağdakı erməniləri soyqırıma məruz qoymağa çalışır. Maraqlıdır, əliyalın, heç bir silahı olmayan sivil etirazçılar necə soyqırım törədə bilər? Azərbaycan etirazçıları gündəlik olaraq Xankəndi-Laçın yolunda humanistlik nümayiş etdirərək ermənilərin beynəlxalq toxunulmazlıq statusu almış humanitar xarakterli Qızıl Xaç Komitəsinin maşınları ilə maneəsiz hərəkətinə şərait yaradırlar. Bütün bunları Azərbaycan hansısa beynəlxalq təşkilatların bəyənatlarına və ya Ədalət Məhkəməsinin qətnamələrinə görə deyil, Qarabağda qanunsuz silahlı qruplaşmalara soy qoymaq üçün edir".

Vüqar Əhmədov bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi qarşısında isə Azərbaycan heç bir hüquqi öhdəlik daşımır:

"Üçtərəfli Bəyənata əsasən, Laçın yolunda nəzarət Rusiya sülhməramlılarına aiddir və Azərbaycanın öhdəliyi humanitar məqsədlə keçidlərin təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan bu günə qədər olduğu kimi, bundan sonra da öz öhdəliklərinə sadiq olduğu məhkəmə dinləmələrində səsləndirib. Xankəndindəki ermənilər üçün blokada Laçın yolundakı ekoloqların sivil aksiyası deyil, məhz vardanyanlar və arutyunyanlardır. Beynəlxalq Ədalət Məhkəməsi məhz bu insanlarla bağlı sərt qətnamələr qəbul etməlidir".

Mehman
Xəbəri paylaş