"Azərbaycanda dini və etnik mənzərə təqdirdəlayiqdir".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxıç edən ictimai fəal Anar Salehoğlunun sözlərinə görə, lakin Azərbaycanı gözü götürməyən qüvvələr ölkədaxili etnik-milli və dini sabitliyi pozmağa dəfələrlə cəhd göstərsələr də buna nail ola bilmirlər:
"Çünki, düşmənlərimiz Azərbaycan xalqının əzmini, iradəsini və həmrəylik ruhunu ciddiyə almır, bunu kənara qoyurlar. Əgər adıçəkilən amilləri araşdırıb düşünsələr heç vaxt Azərbaycanda nəinki qarışıqlıq yaratmaq, bu haqda düşünməyə belə cürət etməzlər. Dərk edərlər ki, etdikləri və etmək istədikləri fiaskoya uğrayacaq".
Mehman