İranda helikopterin qəzaya uğraması nəticəsində gənclər və idman nazirinin müşaviri ölüb, 12 nəfər yaralanıb.
Newscenter-az-ın məlumatına görə, “Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kerman əyalətinin icra hakimiyyətinin başçısı Məhəmməd Mehdi Fədakar bildirib.
Onun sözlərinə görə, yaralıların vəziyyəti sabitdir.