“Son bir neçə ildə kütləvi informasiya vasitələrində maraqlı müəllif yazılarının artım tendensiyası müşahidə edilir. Bu müsbət tendensiya həm yazılı, həm də elektron media subyektlərində özünü göstərir”.
Bu fikirləri Newscenter.az-a “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri hesab edir ki, qeyd edilən müsbət məqamın müşahidə edilməsi bir neçə amillə bağlıdır:
“İlk növbədə bu media sahəsində həyata keçirilən islahatların nəticəsindən irəli gəlir. Media nümayəndələri üçün keçirilən fərdi jurnalist yazı müsabiqələrinin son bir neçə ildə tamamilə fərqli bir müstəvidə təşkili, müsabiqə yazılarında indiyə qədər əksini tapan copy paste üsulunun artıq işə yaramaması media nümayəndələrini daha məhsuliyyətli olmağa, daha keyfiyyətli yazı yazmalarına istiqamətləndirir. Bu da öz növbəsində media orqanlarında bir-birindən maraqlı yazıların işıq üzü görməsinə gətirib çıxarır”.
Süleyman İsmayılbəyli hesab edir ki, digər bir məqam son bir neçə ildə jurnalist peşəkarlığının artırılması ilə bağlı atılan addımlarla əlaqədardır:
“Medianın İnkişafı Agentliyinin yarandığı gündən müntəzəm olaraq jurnlaist peşəkarlığının artırılması məqsədilə atdığı addımlar, jurnalistlər üçün davamlı olaraq təşkil edilən təlimlər də nəticə etibarilə kütləvi informasiya vasitələrində maraqlı yazıların işıq üzü görməsinə gətirib çıxarır”.
Mehman