Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Ankara Universiteti Cebeci Araşdırma və Tətbiqi Xəstəxanasında müalicə alan Aleyna Ölmez, Hülyasu Kısa, Feyza Nur Yakar, Miraç Eren Döner, Ayça Çepni və Zeynep Küçükleri ziyarət edib.
Newscenter.az xəbər verir ki, Ankara Universitetinin rektoru cənab Professor Necdet Ünüvarıa birlikdə baş tutan ziyarət zamanı səfir Rəşad Məmmədov onların səhhəti ilə maraqlnıb, hər zaman qardaş Azərbaycanın Türkiyənin yanında olduğunu söyləyib.
Həmçinin, səfir ziyarət etdiyi zəlzələ qurbanlarına hədiyyələr təqdim edib.
Mehman