Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Qarabağ erməniləri arasında münasibətlərin qurulmasına mane olan fiqur uzaqlaşdırıldı -ÖZƏL

Azərbaycanla Qarabağ erməniləri arasında münasibətlərin qurulmasına mane olan fiqur uzaqlaşdırıldı


"Müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərinə gələn və qondarma Dağlıq Qarabağ Respublikasının dövlət naziri postuna yiyələnən erməni əsilli rus milyarder Ruben Vardanyan tutduğu vəzifədən istefa verməyə məcbur edilib. İlk öncə onu demək istəyirəm ki, Kreml hərbi-siyasi elitasının çirkli pullarının yuyulması kimi proseslərinin aktiv iştirakçısı kimi tanınan Vardanyan, məhz həmin qüvvələrin regionla bağlı planlarına əsasən bölgəyə göndərilmişdi".

Newscenter-az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Partiya rəsmisi bildirib ki, Moskva Vardanyanı ilkin başlanğıc olaraq separatçıların dırnaq arası dövlət naziri etməklə onu gələcək illərdə Ermənistanda hakimiyyət uğrunda mübarizə aparacaq əsas fiqurlardan biri kimi formalaşdırmağı planlayırdı:

"Həmçinin məlum şəxsdən hər iki ölkəyə təsir üçün alternativ qüvvə kimi istifadə etməyə çalışırdı. Lakin rəsmi Bakının bütün diplomatik kanallar vasitəsilə bu məsələylə bağlı öz qəti mövqeyini bildirməsi, ən son olaraq Münxen Təhlükəsizlik Konfransında ölkə başçısı cənab İlham Əliyevin Vardanyanla bağlı səsləndirdiyi fikirlər onun vəziyyətini konkretləşdirdi. Ruben Vardanyan istefadan sonra bölgəni tərk etməyəcəyini bildirdi. Maraqlı məqam odur ki, Rusiya bundan sonra ondan nə kimi və hansı məqsədlər üçün istifadə edəcək"

Pərviz Mirizadə. xatırladıb ki, Münxen konfransı zamanı Ermənistan baş naziri Nikol Paşiniyanla ölkə prezidenti İlham Əliyevin görüşündən sonra Vardanyan vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə isə milyarder Corc Sorosa yaxınlığı ilə bilinən "Baş prokuror" Qurgen Nersisyan təyin olundu:

"Ermənistan baş naziri Nikol Paşiniyan da Sorosla təmasları olan şəxsdir və ehtimal Vardaniyanın postuna Qərb Qurgen Nersisyanı məsləhət bilib. Gürgen Nersisyanin siyasi xarektiriktikası maraq doğurur. Lakin bir reallıq var ki, indiki halda Azərbaycanla Qarabağ erməniləri arasında münasibətlərin qurulmasına mane olan fiqur uzaqlaşdırıldı".

Mehman
Xəbəri paylaş