“Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolunda azərbaycanlı fəalların keçirdikləri aksiyalarla bağlı qərarı, sözsüz ki, bizim tərəfimizdən qəbul edilə bilməz. Çünki, Ermənistan tərəfindən irəli sürülmüş iddiaların heç bir hüquqi əsası yoxdur və BƏM-in bu məsələni lazımi səviyyədə araşdırma aparmadan qərar qəbul etməsi təəccüb doğurur”.
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin daha öncədən məhkəməyə verdiyi açıqlama və video, foto materiallar əsas verir ki, Ermənistanın tələbləri effektli deyil:
“Çünki nə Azərbaycan tərəfi nə də azərbaycanlı etirazçılar tərəfindən yolun kəsilməsi həyata keçirilməmişdir və heç bir nəqliyyat vasitəsinin hərəkətinin qarşısı alınmamışdır.Rəsmi Bakı həmçinin Laçın yolu ilə bağlı nəqliyyatın təhlükəsiz hərəkətinin təmin olunduğunu bildirib. Bundan başqa BƏM həmçinin Azərbaycan tərəfinin Ermənistana qarşı qaldırdığı iddalarla bağlı qərar verib. Qərarda Ermənistanın Azərbaycan ərazilərini minalamağı dayandırmağı və basdırılan minaların yerini bildirməyi tələb edib. Laçın dəhlizinin hər iki istiqamətdə hərəkətinin Azərbaycan tərəfindən təmin edilməsi iddiasının lehinə, Beynəlxalq Ədalət Məhkəməsində səs verənlərdən birinin ,məhkəmənin sədr müavini olan erməni mənşəli Kiril Qevoqyan olduğu məlum olub və bu da məhkəmənin verdiyi qərarın qərəzli mövqe hesab olunmasına dair şübhələr əmələ gətirir. Azərbaycan tərəfinin bu qərara qarşı çıxma imkanı var və qərarın qərəzli olması şübhələrindən dolayı yenidən baxılmasını tələb etmə şansı vardır”.
Mehman