“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əsas prioritetidir. Ölkəyə rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətində vətəndaş məmnunluğu ön planda olub”.
Bu fikirləri Newscenter.az-a Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, bu günlərdə dövlət başçısının imzaladığı sərəncam əsasında müəllimlərin əmək haqqının artırılması deyilənlərin bir daha təsdiqidir:
“Cari ilin əvvəlindən başlayaraq müxtəlif peşə sahiblərinin əmək haqqı, eləcə də pensiya və müavinətlər dövlət başçısının imzaladığı sərəncam əsasında artırılmışdı. Lakin bu artımlar təhsil ictimaiyyətinə, daha dəqiq desək müəllimlərə şamil edilmirdi. Təbii ki, hər zaman müəllim əməyini yüksək qiymətləndirən, təhsilə xüsusi önəm verən Cənab Prezident müəllimləri kənarda qoya bilməzdi. Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyev müəllimlərin əmək haqqlarının artırılması barədə sərəncam imzaladı. Sərəncamla müəllimlərin aylıq vəzifə maaşları bu aydan etibarən orta hesabla 10 faiz artırılıb. Dövlət başçısının bu sərəncamı müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, həm də təhsilə göstərilən diqqət və qayğı, müəllim əməyinə verilən qiymətdir”.
Sevinc