Rusiyalı iş adamı kimi tanınaN Ruben Vardanyanın "dövlət naziri" vəzifəisndən uzaqlaşdırılmasının səbəbləri barədə müxtəlif fikirlər səslənməkdədir.
Newscenter.az-ın xəbərinə görə, politoloq İlyas Hüseynov hesab edir ki, əsas səbəb Azərbaycanın belə bir tələblə ciddi təzyiqi, cənab Prezident İlham Əliyevin siyasi iradə və qətiyyət nümayiş etdirməsi ilə bağlıdır. Ali Baş Komandan Münhen Təhlükəsizlik konfransında konkret tələblərlə çıxış etdi və mesaj təkcə Ermənistana ötürülməmişdi:
"İrəvan Vardanyanı dəstəkləmədi. Ermənistanın baş naziri Nikol Paşinyan Vardanyanı özü üçün təhlükə kimi gördü. Vardanyanı regiona göndərən Moskva İvanişvili ssenarisini reallaşdırmaq istəyirdi, alınmadı. Moskva Ruben Vardanyanı və Arayik Arutyunanı çağıraraq məsləhətləşmələr apardı. Vardanyanın planının deşifrə olunduğu və heç də gələcəyinin olmadığı bildirildi".
Politoloq deyir ki, hazırda Qarabağda olan ermənilərin silahsızlaşdırılması prosesinə başlamaq üçün ciddi əsaslar yaranıb. Zaman itirmədən üçtərəfli birgə bəyanatın 4-cü maddəsinin implementasiyasına start vermək və regionun hərbisizləşdirilməsinə başlamaq lazımdır:
"Artıq regional və qlobal güclər üçün də aydın olur ki, 2,5 ildən sonra bütün Qarabağ heç bir xüsusi maneə olmadan Azərbaycanın nəzarətinə keçəcək. Nəzarət buraxılış məntəqələrini qurmaq üçün bütün şərait bizim lehimizədir. Azərbaycan ekoloqlarının və vətəndaş cəmiyyəti üzvlərinin Laçın yolunda aksiyasının vaxtında və düzgün verilmiş qərar idi və nəticələri göz qabağındadır".
Mehman