Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya dərin oyun hazırlayır -ÖZƏL

Rusiya dərin oyun hazırlayır


"Vardanyan, ya digər erməni heç bir fərq etmir. Rusiya Vardanyan üzərindən İrəvana təzyiq mexanizmi hazırlayırdı. Bu baş tutdu, ya tutmadı bunu Rusiya yaxşı bilər".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Politoloq hesab
edir ki, Rusiya dərin oyun hazırlayır:

"Onun marağı Azərbaycan ərazisində qalmaqdır. Nə yolla olursa-olsun burdan çıxmaq istəmir. Bunun üçün də Qarabağı bizə versə belə, ordan çıxmamağı şərt qoyacaq. Bu varianta müəyyən mənada razı olmaq olar. Qarabağ tam Azərbaycanın yurisdiksiyasına keçir, amma ermənilərin təhlükəsizlik bəhanəsi ilə Rusiya da orda qalır qeyri-müəyyən müddətlərə".

Politoloq deyib ki, separatçılar hər zaman Azərbaycan qarşısında əlacsız olub, indi də belədir:

"Separatçıların aldıqları dəstək olmasa, bir gün də mövcud ola bilməzlər. Odur ki, burda oyun quran da, onu idarə edən də Rusiyadır".

Anar
Xəbəri paylaş