Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsi Azərbaycan bazarına təsirsiz ötüşmədi -ÖZƏL

Rusiya-Ukrayna müharibəsi Azərbaycan bazarına təsirsiz ötüşmədi


Bir ili tamam olan Rusiya-Ukrayna müharibəsi Azərbaycan iqtisadiyyatı, o cümlədən ölkə bazarına da təsirsiz ötüşmədi. Müharibənin bir ilinin Azərbaycan iqtisadiyyatına təsirlərinə diqqət çəkən İqtisadi Təhlik və Qiymətləndirmə Mərkəzi bildirir ki, müharibə hər iki ölkədən Azərbaycana idxal edilən mal və məhsulların azalması, çətinliklər və dəyərindən bir qədər baha qiymətə ölkəyə gətirilməsinə səbəb oldu.

Mərkəzdən Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Ukraynadan taxıl ixracında yaranan problemlər Azərbaycanda un və un məmulatları, çörəyin, Rusiyadan taxta-şalban ixracındakı çətinliklər isə öz növbəsində Azərbaycan bazarında tikinti materiallarının qiymətinin artmasına gətirib çıxartdı:

“Həmçinin şəkər tozu, kərə yağı, şəkər, dondurulmuş ət və digər məhsulların qiymətində ciddi şəkildə artımlar qeydə alındı. Müharibənin davam etməsi qarşıdakı aylarda bu sahıdə vəziyyətin daha da arzuedilməz olacağını deməyə əsas verir”.

Sevinc
Xəbəri paylaş