Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trendyol yerli şirkətləri üstələyirsə....

Trendyol yerli şirkətləri üstələyirsə....


"Trendyol əgər yerli şirkətləri üstələyirsə, Trendyolun sıxışdırılmasına yox, yerli şirkətlərin Trendyola çatdırılmasına çalışmaq lazımdır. Buna görə Trendyolun təcrubəsini öyrənmək, elə şirkətə çevrilmək üçün hansı əncəllər varsı bunu bəyan etmək və o əncəlləri aradan qaldırmaq daha doğru olardı".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. Onun sözlərinə görə, əgər, Trendyol hansısa formada Azərbaycanda müvafiq qanunvericiliyin tələblərini pozursa, onda onu bu tələblərə əməl etməyə məcbur etmək mexanizmi olmalıdır:

"Və ya… Əgər Trendyol Azərbaycandan böyük məbləğdə pulların çıxmasına səbəb olursa, onda yenə də birbaşa qadağadan söhbət getməməlidir. Bu zaman statistik tərəzi düzəltmək lazımdır. Tərəzinin sol gözünə Trendyolun sayəsində Azərbaycandan çıxan valyutanı qoymaq, digər gözünə isə 10 milyon vətəndaşın mənafeyini (alıcılıq qabiliyyətini nəzərə alaraq) qoymaq lazımdır. Əgər tərəzinin Azərbaycan vətəndaşların mənafeyi olan gözü ağır gələrsə, o zaman Trendyolun bağlanılması haqda düşünmək belə olmaz. O ki qaldı tərəzinin gözlərinə, tərəzinin sol gözündəki ağırlığı hesablamaq asandır. Avtomatlaşdırılmış sistem statistikanı verir. Amma əsas sağ gözdür. Vətəndaşın nələr qazandığını heç bir avtomat sistem hesablaya bilməz. Vətəndaş zaman udur, vətəndaş keyfiyyət udur, vətəndaş rahatlıq udur. Və ən asası vətəndaş burda bir balasının şalvarına xərclədiyi pulla, iki, bəzən də 3 balasına şalvar ala bilir. Bunun nəyi pisdir?! Buna görə də qərar verməzdən əvvəl tərəzinin sağ gözünü dəqiq hesablamaq lazımdır".

İqtisadçı daha sonra fikirlərinə belə davaç edib:

"Yox əgər, sol göz ağır gələrsə onda vəziyyətə digər alətlərin köməyi ilə müdaxilə edilə bilər. Amma yenə də bu kəskin inzibati yolla deyil, yumşaq iqtisadi alətlərlə tənzimlənməlidir. Yəni bizdə keyfiyyətli ərzaqlıq buğda yetişmirsə, bunun günahı buğda idxal etdiyimiz Rusiyanın və ya Qazaxstanın tarlalarında deyil. Bir tarlanı yandırmaqla, digərinin məhsuldarlığı artan deyil".

Mehman
Xəbəri paylaş