Trendyol məsələsinin gündəmə gətirilməsi hansısa qrup maraqlarından irəli gəlir. Ancaq ümumilikdə doğru yanaşma deyil və cəmiyyətdə narazılıq yaradacaq". Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında qeyd edilib. Mərkəzdən Newscenter-az-a daxil olan məlumatda bildirilib ki, insanları bilərəkdən dövlətdən, onun qurumlarından narazı salmaq yolverilməzdir:
"Görünür insanların Trendyol vasitəsilə bir qədər ucuz qiymətə nəsə alması bəzilərini, əsasən də biznes dairələrini narahat edir. Ona görə də Trendyol vasitəsilə alverə qarşı çıxırlar".
Mərkəz hesab edir ki, Trendyolla alış-verişi qadağan etmək olmaz.
Sevinc