*Rusiyalı iş adamı Ruben Vardanyanın separatçıların dövlət naziri vəzifəsindən uzaqlaşdırılması ilə iş bitmir. Dünən Vardanyanı Qarabağa göndərən Rusiya, sabah ondan da təhlükəli bir terrorçunu iş adamı adı altında Qarabağa göndərərək qarşıdakı planlarını onun əliylə icra etməyə başlayar. Ona görə də bizim üçün əsas prioritet vardanyanlar, arutunyanlar deyil, ümumilikdə separatizmin aradan qaldırılması, Qarabağdakı separatçıların, qeyri-qanuni silahlı dəstələrin tamamilə zərərsizləşdirilməsi olmalıdır".
.
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında əksini tapıb. Analitik Qrupdan Newscenter-az-a daxil olan açıqlamada bildirilib ki, hələlik Rusiya Qarabağdakı qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilah edilməsi, separatçıların zərərsizləşdirilməsi istiqamətində konkret addımlar atmağı düşünmədiyi üçün Azərbaycanın da yumşaq güc siyasəti davam etdirilməlidir.
Mehman