Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vardanyanın istefası Azərbaycanın qətiyyətinin nəticəsidir -ÖZƏL

Vardanyanın istefası Azərbaycanın qətiyyətinin nəticəsidir


“Ruben Vardanyanın separatçıların dövlət naziri vəzifəsindən uzaqlaşdırılması Azərbaycanın qətiyyəti, siyasi iradəsinin qələbəsi kimi də xarakterizə edilə bilər”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlə səsləndirib. İctimai Birlik sədri deyib ki, Qarabağ erməniləri Vardanyanın üzündən nə qədər çətinliyə düşdüklərini, böhran yaşadıqlarının fərqinə vardılar və beləliklə rusiyalı iş adamından canlarını qurtarmaq qərarına gəldilər.

Arzuman Muradlı onu da deyib ki, Azərbaycanın təzyiqləri davam etməli, Qarabağdan sonuncu separatçı rədd olana qədər yumşaq güc siyasətindən istifadə olunmalıdır:

“Düşünürəm ki, artıq Ermənistan hakimiyyəti də onunn fərqindədir ki, separatçılar Azərbaycanla normal münasibətlərin qurulmasına əngəldirlər. Ona görə də Qarabağdan separatçıların çıxarılması Paşinyan hakimiyyətinin də matrağındadır. Çünki Qarabağ erməniləri hər zaman Ermənistanda hakimiyyət üçün ciddi təhlükə mənbəyi olub”.


Mehman
Xəbəri paylaş