"Xocalı soyqırımı dünya tarixində insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Dinc əhalini milli mənsubiyyətinə görə kütləvi şəkildə məhv etmək siyasəti erməni-faşist ideologiyasının əsas məqsədidir. Öldürülmüş insanların cəsədləri üzərində təkrar zorakılıq aktlarını həyata keçirmək isə dünya miqyasında görünməmiş vəhşilikdir".
Newscenter.az xəbər verir ki, bu fikirlər Azad Vətən Partiyasının Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı yaydığı bəyanatda əksini tapıb. Partiya bildirir ki, tarix bu cür qəddarlığı həmişə qınayıb və heç vaxt unutmur:
"İndiyədək Xocalı soyqırımını 17 dövlət, o cümlədən Pakistan, Meksika, Çexiya, Kolumbiya, Latviya və digərləri, ABŞ-ın 24 ştatı tanıyıb. Vaxt gələcək, bu qanlı qırğını törədənlər ədalət məhkəməsinin hökmü ilə layiq olduqları cəzanı alacaqlar".
Partiyanın bəyanatında o da qeyd edilir ki, xalqımız erməni işğalçıları üzərində əldə etdikləri Böyük Zəfər ilə müharibə canilərinin son aqibətlərinin necə olacağını göstərdi:
"Hesab edirik ki. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində göstərdiyi hünəri davam etdirməli, ləngitmədən Xocalıya, Xankəndinə daxil olmalı, torpaqlaırmızı son qarışınadək düşməndən azad etməlidir!
Hər bir niyyətin həyata keçmək dövrü var. Azərbaycan bayrağı Xankəndi üzərində dalğalandığı andan Xocalını törədən canilərin məhkəməsi başlanacaq. Xocalı Şəhidlərinin, Bütün Şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.
Rədd olsun erməni faşizmi!
Xocalıya ədalət, regionumuzda sülhün bərqərar olmasına doğru irəli! Qələbə bizimlədir!".
Mehman