Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı soyqırımının tam olaraq tanıdılması üçün il boyu fəaliyyətdə olmalıyıq -ÖZƏL

Xocalı soyqırımının tam olaraq tanıdılması üçün il boyu fəaliyyətdə olmalıyıq


“Əgər Xocalı soyqırımının dünyada tam olaraq tanınmasına nail olmaq və bu cinayəti törədənlərin cəzalandırılmasını tezlışdirmək üçün sistemli və davamlı olaraq iş aparmaq lazımdır”.

Bu fikirləri Newscenter.az-a Türk Dünyası Media Əməkdaşlıq Anlyansı İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri deyib ki, həm vətəndaş cəmiyyəti, həm kütləvi informasiya vasitələri, həm də siyasilər bu prosesdə aktivlik nümayiş etdirməlidirlər:

“İldə bir dəfə, yalnız soyqırımın baş verdiyi tarix ərəfəsində hansısa ölkədə tədbir keçirmək, yaxud internet üzərindən xarici ölkələrdəki müəyyən qurumlara müraciət ünvanlamaqla iş bitmiş olmur. İl boyu çalışmalıyıq ki, nəyəsə nail olaq”.

Süleyman İsmayılbəyli hesab edir ki, Xocalı soyqırımı ilə bağlı QHT-lərin ölkə daxilində tədbir keçirməsi, yaxud zoom proqramı üzərindən xaricdəki təşkilatlarla görüş keçirməsi mənasızdır: “QHT-lərə bu məqsədlə maliyyə yardımı ayırılmalıdır ki, ölkədən kənarda samballı tədbirlər keçirə bilsinlər”

Mehman
Xəbəri paylaş