Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 15 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda 15 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib


Azərbaycanda koronavirusa 15 yeni yoluxma qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Newscenter.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 828 492 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 229 nəfər müalicə olunaraq sağalıb, 10116 nəfər vəfat edib.

Aktiv xəstə sayı 147 nəfərdir.

Son gün ərzində 1 261, bu günədək isə 7 521 187 test aparılıb.

Sevinc
Xəbəri paylaş