Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatın Twitter hesabı oğurlandı

Deputatın Twitter hesabı oğurlandı


Milli Məclisin deputatı Nigar Arpadarainin Twitter hesabı oğurlanıb. Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili özünün facebook sosisl şəbəkə hesabında bildirib. Deputat Twitter hesabının ermənilər tərəfindən oğurlandığını da istisna etməyib:

"Bu gün @ArpadaraiNigar Twitter hesabım oğurlanıb. Təsdiqlənməmiş olsa da, ilkin fərziyyəm budur ki, son vaxtlar onlardan çox təhdid aldığım üçün bu erməni hakerlər tərəfindən edilib. Çünki bir çox twitlərim Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı olub".

Millət vəkili hesabının bərpa olunması istiqamətində çalışdığöını vurğulayıb.

Anar
Xəbəri paylaş