Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fövqəladə Hallar Nazirliyi tərəfindən maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən maarifləndirmə tədbirləri keçirilib


Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Suraxanı rayonu 114 saylı tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Bələdiyyəsinin Yeni Yaşayış Massivi üzrə məhəllə komitələrinin nümayəndələri ilə, Sumqayıt şəhər 38 nömrəli və Abşeron rayonu Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayonu B. Əmirov adına Qalagah kənd və Soltankənd kənd tam orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən İmişli rayonu Hacırüstəmli kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonu İmamqulukənd kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Laçın rayonu 24 saylı ümumi orta məktəbində və Aran Regional Mərkəzi tərəfindən Ağdaş Peşə məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Mehman
Xəbəri paylaş