Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bu gündən etibarən müxtəlif peşə sahibləri, cəmiyyət nümayəndələri Bakının Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsini əbədiləşdirilmək məqsədilə ucaldılmış Ana Harayı Abidəsini ziyarət etməyə başlayıblar.
Newscenter.az xəbər verir ki, fevralın 25-də "Milli İnkişaf" İctimai Birliyinin kollektivi də Ana Harayı Abidəsini ziyarət ediblər. İctimai Birliyin rəhbər heyəti və üzvləri abidə önünə əklil qoyub, soyqırım qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Mehman