Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın aradan götürülməsinə cəhd ediləcək

Paşinyanın aradan götürülməsinə cəhd ediləcək


Paşinyan Rusiyadan kənar sülh müqaviləsinə imza atmağa qərar versə, ən azı onun aradan götürülməsinə cəhd ediləcək. Bu sui-qəsd baş tutacaq, ya tutmayacaq, bu, başqa məsələ olacaq.

Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O hesab edir ki, Paşinyan təhlükəsizliyinin zəmanətini almamış sülh müqaviləsinə imza atmayacaq:

"Qaldı ki, həqiqətən də, Paşinyan sülh müqaviləsi imzalamaq istəyir, ya istəmir məsələsinə, burda ona edilən təzyiqlərin və onu regionda dəstəkləyən kənar qüvvələrin gələcək planlarının ciddi rolu olacaq".

Azər Qasımov deyib ki, Paşinyanın Qərbyönlü vektor seçməsi fikri əgər həqiqətən də real fikirdirsə, hansıki bu göründüyü qədər ilə belədir:

"Onda Ermənistan-Rusiya münasibətlərinin gələcəyi heç də yaxşı görünmür. Bu, sadə məntiqdir. Paşinyanın da bunu başa düşməsi təbiidir. Onda Rusiyanı öz üzərinə çəkməkdən onu nə və ya kim qoruya bilər? Təhlükəsizlik təminatı hələ məsələni həll etmir. Rusiya hərbi müdaxiləsi qarşısında heç kimin təhlükəsizlik qarantiyası yoxdur, hansıki bunun xəbərdarlığı da Volodin tərəfindən edilib. Nə Ermənistan Ukrayna, nə də Paşinyan Zelenski deyil, xalqları isə heç deyil. Hesab edirəm ki, Paşinyan əgər sülh müqaviləsi imzalamaq istəsə, ilk növbədə Türkiyə ilə razılığa gələcək. Onu və Ermənistanı Putindən ancaq R.T.Ərdoğan qoruya biləcək. Qərbə inteqrasiya da Türkiyə üzərindən olacaq. Qərb burda daima kölgədə qalacaq, o vaxta kimi ki, Rusiya tam zəifləyib gücdən düşsün".

Mehman
Xəbəri paylaş