Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda Xocalı Soyqırımının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib

Qazaxıstanda Xocalı Soyqırımının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib


Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi və Türk Akademiyasının birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən səfir Ağalar Atamoğlanov və Türk Akademiyasının prezidenti Şahin Mustafayev tərəfindən Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti ilə bağlı tarixi həqiqətlər barədə geniş məlumat verildi. Aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi olan Xocalı soyqırımının siyasi və tarixi mənşəyi, hüquqi aspektləri qeyd olunub.

Tədbir zamanı iştirakçılar Ermənistan silahlı qüvvələrinin qadın, qoca, uşaq demədən bir gecə içərisində günahsız insanlara, Xocalının dinc sakinlərinə qarşı amansız cinayətlərini əks etdirən fotolar və məlumatları əks etdirən anım lövhəsinin önünə gül dəstləri qoyub.

Səfirlik və Türk Akademiyasının əməkdaşkarının, diaspor və yerli Qazax xalqının və KİV nümayəndələrinin qatıldığı anım tədbirində şəhidlərin xatirələri anılıb.

Xocalı faciəsinin qurbanlarını milli yaddaşımıza həkk edir və onların xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin!

Mehman
Xəbəri paylaş