Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsinin qarşısını almaq mümkün idimi?

Rusiya-Ukrayna müharibəsinin qarşısını almaq mümkün idimi?


"Rusiya-Ukrayna savaşı Putinin SSRİ-nin keçmiş nüfuz bölgələrindəki gücünü yenidən Rusiya etrafinda toplamaq və Rusiyanin keçmiş qüdrətini yenidən bərpa edərək "arzulanan" çoxqütblü dünyanın nəhəng tərəfinə çevrilmək iddialarından doğdu".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Ülviyyə Məmmədli Rusiya-Ukrayna savaşının 1 ilinə nəzər yetirərkən səsləndirib. O bildirib ki, Putinin keçmiş Sovet Respublikalarını "Arxa bağçası" hesab etməsi və bu bölgələrə istənilən xarici müdaxilənin savaşla nəticələnəcəyi kimi ritorikalarını postsovet ölkələrinin müstəqil xarici, hətta daxili siyasət yürüdə bilməməsi tamamlayır:

"Rusiyanın müstəqillik dönəmindən bu yana Ukraynanın daxili-xarici siyasətinə müdaxiləsi və dönəmin Ukrayna dövlət başçılarının yarıtmaz liderliyi, ölümcül səhvləri dövlətdə daxili sabitliyin qurulmasına imkan vermədi və dövləti xarici müdaxiləyə acıq etdi. Zamanla Ukraynanın problemləri də artdı. Etnik rusların çoxluğu və Rusiya siyasi elitasının onlardan Ukrayna siyasətinə təsir vasitəsi kimi istifadə etməsi, dövlət idarəçiliyinə müdaxilə gücü olan bərkimiş oliqarxiya sistemi, enerji aslılığı, korrupsiya, məmur özbaşnalığı, Viktor Yanukoviç dönəmində dövlətin daha da talanması Rusiyanın daha da aslılığına düşməsi və.s. bura aid etmək olar".

Ülviyyə Məmmədli qeyd edib ki, Qqrbin də bölgəyə müdaxiləsi geopolitik qarşıdurmanın güclənməsinə və savaşa yol açdı:

"Zelenski hakimiyyətə gələndə Rusiyayla mülayim münasibətlər qurdu və bir növ danışıqlara getməklə manevr etməyə çalışdı. 5-ci kalonun ölkədəki gücünü sarsıtmağa başladı. Ümümilikdə, Zelenskinin Kremili qəzəbləndirəcək və ya bəhanə verəcək addımları olmayıb. Son 32 ildə Ukrayna ətrafında baş verən Proseslərin qarşısını heç kəs 1 ilə ala bilməzdi".

Ekspert sonda onu da deyib ki, Rusiyanın planlarında əsas məqsəd Belarus və Ukraynanı tamamilə nəzarətə götürüb digər bölgələrdəki separatçı rejimləri də istifadə etməklə istəyinə nail olmaq idi:

"Məhz yazılan-yazılmayan bütün bu səbəblərdən dolayı savaşın qarşısını hazırki Ukrayna hakimiyyəti ala bilməzdi".

İnqilab
Xəbəri paylaş