Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa voleybolunun gələcəyi

Avropa voleybolunun gələcəyi


Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiç və qurumun İdarə Heyətinin üzvləri ilin ilk plenar iclası üçün Almaniyanın Manhaym şəhərində bir araya gəliblər.

Azərbaycan Voleybol Federasiyasına istinadən Newscenter.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti, CEV İdarə Heyətinin (BOA) üzvü Cəlil Cəfərovun da qatıldığı toplantıda öncə Aleksandr Boriçiç iştirakçıları salamlayıb. Sonra tədbir iştirakçıları fevralın 6-da Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələdə həlak olanların xatirəsini ehtiramla yad ediblər. CEV BOA üzvləri bütün dünyada insanların bu hadisədən sarsıldığını bildiriblər. Çıxışçılar Avropa voleybol ailəsi olaraq onların yanında olduqlarını, həz zaman onlara kömək etməyə hazır olduqlarını qeyd ediblər. Zəlzələdən zərərçəkmiş insanlara, eləcə də həlak olmuş voleybolçuların ailələrinə yardım olunduğu və bu prosesin davam etdiriləcəyi vurğulanıb. Baş vermiş fəlakətin nəticələrinin ağır olmasına baxmayaraq, oyunların və yarışların davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Çıxış edən CEV rəhbəri Aleksandr Boriçiç bildirib ki, 1973-cü ildən etibarən rəsmi fəaliyyət göstərən CEV-in bu il 50 ili tamam olur. Bu münasibətlə iştirakçıları təbrik edən Boriçiç onlara qızıl yubiley ilində uğurlar arzulayıb.
Daha sonra qarşıdakı aylar ərzində Avropa voleybolunda bu əlamətdar hadisəni qeyd etmək üçün hazırlanan geniş proqramla bağlı razılığa gəlinib.

İclasda 2023-cü ilin voleybol sevərlər üçün həyəcanlı bir il olduğu qeyd edilib. Bütövlükdə, müzakirələr Avropa voleybolunun gələcəyi ətrafında cərəyan edib. Bildirilib ki, bu il həm klassik, həm çimərlik, həm də qar voleybolu yarışları səbirsizliklə gözlənilir. Avropa voleybolunun “qızıl ili”ndə CEV Çempionlar Liqası final mərhələsi, yeddi ölkənin ev sahibliyi ilə keçiriləcək qadınlar və kişilər arasında Avropa çempionatları böyük həyəcanla gözlənilir. İlk dəfə olaraq bu il qar voleybolu üzrə qitə çempionatı yaş qruplarına görə təşkil olunacaq.

Həm də bu xüsusi ildə Avropanın hər yerindən olan azarkeşlərlə gələcək əlaqələr üçün mərkəzləşdirilmiş məlumat platformasının tətbiqi vasitəsilə innovasiyalara və rəqəmsallaşmaya diqqət yetirilməsi vurğulanıb. Toplantıda, həmçinin 2023-cü il və gələcək illər üçün qarşıda duran planlardan danışılıb.

Oruc
Xəbəri paylaş