Bu gördüyünüz şəkildəkilər Qarabağdakı rus vətəndaşlarıdır. Rusiya onları oradan çıxardır. Niyə?
Fərqli yorumlar ola bilər?
Mənim yorumum: "Bir ölkə vətəndaşlarını başqa yerdən çıxardırsa, onlara qarşı təhlükə ola biləcəyi ehtimaldır. Yəni yaşadıqları bölgədə hər hansısa, toqquşma ola bilər."
Yəni Azərbaycan tərəfi yenidən hərb üsuluna əl ata bilər. "Arsax" icması ilə birbaşa əlaqələr qurulur. Bu, birinci variant idi. İkinci variant odur ki, onlar müddəalarla razılaşmasalar, tək yol qalır, o da hərb yoludur. Həmçinin Vardanyan hələ də Qarabağda və öz planlarının, layihələrinin olduğunu deyir. Rəsmi İrəvan isə rəsmi Bakının irəli sürdüyü şərtlərə dəyişiklik etmək istəyir. Yəni olduğu kimi iqrar etmir.
Yaxın zamanda Rusiya XİN rəhbəri Lavrov Bakıya səfər edəcək. Bu, önəmli bir səfərdir. Masada enerji məsələsi, İran amili, əsas da Qarabağ məsələsi müzakirə predmeti olacaq. Lavrov Bakıya qədər gəlirsə, deməli Azərbaycan üçün müsbət amillər də olacaq. Moskva görür ki, İrəvan aşkar şəkildə AB-yə, BMT-yə üz tutur.
Konfliktoloq Elman Vəliyev.