"Ekoloji aksiyanın məntiqi sonliğu Laçınla Ermənistanın sərhəddində gömrük postu, məntəqəsi qurmaqdırsa, bu durumda aksiyanın həddən artıq uzadılmasında məntiq yoxdur. Əgər fikir məlumdursa, bu durumda müddətdən asılı olmayaraq onu indi, ya da bir müddətdən sonra etməyin məntiqi yoxdur. Gömrük məntəqəsi quracağıqsa, bunu getdikcə dünyanı üstümüzə qaldırmadan etməliyik. Artıq ciddi beynəlxalq qurumlar bunu bizdən tələb edir. BMT, Aİ, Beynəlxalq Ədalət Məhkəməsi kimi. Təbii ki, bizim də onlara deyiləsi arqumentlərimiz vardır, amma görünən odur ki, bunlar yetmir".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımovun sözlərinə görə. artan təzyiq və tələblər fonunda əgər biz istəyimizə nail ola bilməsək, bunun əks-sədası Azərbaycan dövləti üçün yaxşı olmaz:
"Ona görə də qısa müddətdə bu məsələni həll etmək lazımdır. Məsələ uzandıqca belə bir fikir hasil olur ki, biz istədiyimizi edə bilmirik və bizə buna mane olurlar. Qarşı tərəfin Azərbaycanın keçirmək istədiyi ekoloji monitorinqə aksiyaya, düşdükləri "çətin" vəziyyətə rəğmən şərait yaratmaması da onların əlinə işləyir. Onsuz da belə vəziyyət davam etsə də, ermənilər rusların hesabına çətinlik çəkmirlər və görünən də odur ki, çəkməyəcəklər. Gömrük məntəqəmizi yerləşdirib, məsələni qısa zamanda bağlamaq lazımdır".
Mehman