Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin ən böyük hədəfi İranda rejim dəyişikliyinə nail olmaqdır

Qərbin ən böyük hədəfi İranda rejim dəyişikliyinə nail olmaqdır


Qərb İrandakı etirazları diqqətlə izləyir və analiz edir. Qərbin ən böyük hədəfi İranda rejim dəyişikliyinə nail olmaqdır. Buna görə Qərbdə İrandakı rejimə alternativlərin axtarışları intensivləşib.

Newscenter.az xəbər verir ki. bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, ABŞ-da yaşayan Rza Pəhləvi bu səbəbdən fəallaşıb:

"O əvvəlcə Vaşinqtonda forum keçirdi, bir neçə gün sonra Münhen Təhlükəsizlik Konfransına dəvət olundu. Pəhləvi Qərbə özünü İran rejiminə alternativ kimi sırımağa çalışır. Güney azərbaycanlılar və İrandakı digər etnik qrupların təmsilçiləri şah rejiminin də zorakılıqlarını unutmayıblar. İndiki rejim kimi Pəhləvilər də qatı fars millətçi kəsimini təmsil edirlər. Güneydə bizdən narahat olmasınlar ki, Azərbaycanda Pəhləvilər haqqında məqalələrin sayı artıb. Oxuduğum yazılarda Pəhləvi haqqında heç bir müsbət fikir tapmadım. Ancaq orası da var ki, Rza Pəhləvi real fiqurdur və onunla Qərbdə hesablaşırlar, İranda şah rejiminin nostalgiyasıyla yaşayanları da unutmayaq".

Mehman
Xəbəri paylaş