Hər il Xocalı soyqırımı anım günü yaxınlaşanda illərdir faciə ilə bağlı tədqiqat aparan, bu hadisələrin şahidləri olanlardan, faciə zamanı orda olan jurnalist və hazırda sağ olan o zamankı rəsmi şəxslərdən açıqlama gözləyirəm. Bu açıqlama Xocalıda qətl edilən insanların dəqiq sayı ilə bağlıdır.
1992-ci ilin fevral ayının 28-də bu rəqəmi 100 nəfər deyirlər. Sonra isə Ağdam məscidi, xəstəxanalar, meyitlərin çıxarılmasında iştirak edən şəxslər, Ağdamda olan komandirlər və şahidlərin ifadəsi əsasında 1324-nəfər ərazidən çıxarılıb Ağdamda dəfn edilən şəxs olduğun deyirlər. Bu rəqəm sırf 28 fevral və mart ayının əvvəlinə qədər ordan tapılan şəxslər idi. Çünki soyqırım günü
-Ermənilər 80 nəfərə yaxın Xocalı sakinin diri diri qatillərin keçməsi üçün "körpü" kimi istifadə ediblər. Bunların meyitləri tapılmadı
-Ermənilər guya koridor açırıq deyib müxtəlif yerlərdə soyqırımdan qaçan şəxsləri dəstə dəstə tutaraq ya tövlələrə salıb yandırıb, ya da əsir götürüb aparıblar. Bunların meyitləri tapılmadı
- Xocalıdan Ağdama gələn yolda ermənilərin öldürüldüyü neçə neçə insanın meyitini vəhşi heyvanlar yemişdi deyə, meyitləri ələ gəlmirdi. Onları ordan çıxarıb dəfn etmək olmadı. Bunların da sayı rəsmi rəqəmlərə əlavə edilmədi
-Neçə neçə qızlarımız, gəlinlərimiz erməni əsirliyinə düşməmək üçün özlərini dağdan, qayadan atıblar. Bunların da meyitləri tapılmadı
-Neçə neçə ana övladı səs salmasın və onlar əsir düşməsin deyə meşədə onları öz əlləri ilə öldürüb orda qoyub çıxıblar. Bunların da meyitləri tapılmadı
-Ağır yaralılar qaçan insanların ələ keçməməsi üçün özlərini öldürüblər..onların da meyitləri tapılmadı
-Xocalıda soyqırım edən erməni-ruslar elə şəxslər var idi ki, onları elə evlərinin qabağında od vurub yandırıblar. Onların da meyitləri tapılmadı..
O zaman burda olan xarici jurnalistlərin yazdıqları dediklərimizi təsdiq edir.
-Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
-Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
-İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyid gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Maraqlıdır. Niyə sonradan Xocalıda qətl edilənlərin sayı 450 nəfər, ondan bir neçə ay olaraq isə 618 nəfər olaraq göstərildi və indiyə qədər də hamı bu rəqəmi yazır, deyir.
Kimlər rəsmi rəqəmlər üzərində belə oynadı ? O zaman Xocalı soyqırımı ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək üçün qətl edilənlərin sayının 1000 nəfərdən çox olması lazım idi, amma nədənsə bunun qarşısını almaq üçün 618 nəfər yazdılar.
Həqiqətlər bir gün üzə çıxacaq. Amma çox istərdik ki, indi olsun. Çünki o zamankı şahidlər yaşa dolub rəhmətə getdikcə həqiqətlər də onların birlikdə ölür..
Mən dosent Zaur Əliyev qətl edilən insanlarımızın sayının düzgün olaraq cəmiyyətə çatdırılmasını tələb edirəm.
Zaur Əliyev-dosent