Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş idman yarışı keçirilib-FOTOLAR

Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş idman yarışı keçirilib-FOTOLAR


Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə ölkədə və ondan kənarda müxtəlif tədbirlər həyata keçirilib. Belə tədbirlıərdən biri Dünya Universal Hapkido və Layt Kontakt Karate-do Federasiyalarının birgə təşkilatçılığı ilə baş tutub.

Newscenter.az xəbər verir ki, adıçəkilən federasiyaların təşkilatçılığı ilə baş tutan yarış Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunub.

Dünya Universal Hapkido Federasiyasının prezidenti Cəmil İzzətov və Layt Kontakt Karate-do Federasiyasının prezidenti Ayaz İbişovun da iştirak etdiyi yarışlar Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müxtəlif yaş qrupları arasında keçirilən yarışların qalibləri sonda təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, yarışların sonunda həmçinin "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Layt Kontakt Karate-do və Universial Hapkidonun unkişafında xidmətlərinə görə fəxri fərman və diplomla təltif olunub.

Mehman
Xəbəri paylaş