“Ermənistanda artan revanşizm, yeni müharibə əhval-ruhiyyəsi, işğalçılıq siyasətinin dünyaya çatdırılmasında fayda var. Hesab edirəm ki, ölkənin kütləvi informasiya vasitələrinin təmsilçiləri bununla bağlı xaricdəki portnyorlarını məlumatlandırmalı, beynəlxalq səviyyəli KİV-lərdə silsilə yazılar dərc etməlidirlər”.
Bu fikirləri Newscenter.az-a “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. Bildirib ki, düşmən beynəlxalq səviyyədə özünün yazıq, məzlum obrazını yaratmağa nail olub.
“Ancaq reallıqda Ermənistan daxilində Azərbaycana qarşı yeni hücum planları ətrafında fikirlər səslənir. Məsələn, bu günlərdə keçirilən "Bekum" gənclər forumunda özünü Türkiyə və Azərbaycan üzrə ekspert kimi qələmə verilən Varujan Geqamyan deyib ki, "azərbaycanlılar erməni revanşizmindən oddan qorxan kimi qorxurlar. Daim qorxu içindədirlər ki, biz yenidən baş qaldırıb nəinki bütün Qarabağı, hətta digər torpaqları da geri qaytara bilərik. Odur ki, onları bundan sonra da qorxu altında saxlamaqda davam etməliyik". Bu açıq-aşkar Azərbaycanı təhdid etmək və ermənilərin yeni hücum planlarının olduğundan xəbər verir. Ona görə də düşünürəm ki, bu istimqaətdə KİV-lər daha sistemli və beynəlxalq birliyi məlumatlandıran məqalələr dərc etməlidirlər”.
Mehman