Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Newscenter.az-a Federasiyadan bildirilib ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Türkiyənin İstanbul şəhərində keçiriləcək “Vakıfbank”(TUR) - "LKS Lodz" (POL) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Martın 1-də baş tutacaq qarşılaşmanın hakimləri isə macarıstanlı Halasz Tibor və rumıniyalı Visan Benonedir.
Qeyd edək ki, “Vakıfbank” və "LKS Lodz" klublarının ilk qarşılaşması Türkiyə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oruc