“Cənab Prezidentin Türkiyə və türk dünyası üçün ağrılı bir məqamda R.T.Ərdoğanla görüşmək üçün Türkiyəyə getməsindən təbii bir hal ola bilməzdi. Bu, Azərbaycanın qardaşlıq borcu idi”.
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Azərbaycan xalqı və dövləti ağır günlərdə Türkiyənin yanında olmaq üçün əlindən gələni etdi və bundan sonra da edəcək:
“İşgüzar səfər çərçivəsində iki prezident arasındakı görüşlərin əsas mövzusunun təbii ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün görülən və görüləcək işlərin müzakirə edilməsi təşkil etdiyi şübhəsizdir. Bu məqsədlə Azərbaycan tərəfinin hansı işlər görə biləcəyinin dəqiqləşdirilməsinə ehtiyac olduğu aydındır. Bununla yanaşı regional siyasi-iqtisadi və beynəlxalq məsələlərin müzakirəsinin görüşdə əsas yer tutacağı da mütləqdir”.
Anar