“Sülh müqaviləsi bu şəraitdə olmaz. Ümumiyyətlə, sülh müqaviləsi nədən ibarətdir? Yəni necə ola bilər? . Hər iki tərəf sərhədləri tanımalı, təhlükəsizlikiyə qarantiya verməli, kommunikasiyaları açmalıdır”.
Bu fikirləri Newscenter.az-a konfiliktoloq Elman Vəliyev səsləndirib. O bildirib ki, razılaşma sənədi hər iki tərəfin parlamenti tərəfindən təsdiq edilməlidir:
“Amma bu şərtlər üzərində hələ də fikir ayrılığı mövcuddur. Qarşı tərəf razı deyil Azərbaycanın şərtlərinə. Rəsmi İrəvan Azərbaycanın təqdim etdiyi sənədə düzəlişlər və öz şərtlərini əlavə edərək Bakıya təqdim edir. Razı deyirlər ki, sərhəd keçid məntəqələri, nəzarət mərkəzləri quraşdırılsın. Sülh belə olmalıdır. Yoxsa, iki tərəf münasibətləri yumşaldacaq, konstruktiv yanaşma sərgiləyəcək tipli müddəalardan ibarət olacaqsa, bu sülh günü sabah da bağlanar. Amma elə deyil!”.
Elman Vəliyev deyib ki, rəsmi Bakı sülhdən əvvəl Qarabağdakı vəziyyəti öz lehinə çevirməlidir:
“Qondarma Arsaxın mövcudluğunun yıxılmasına çalışmalıdır. Bunları həll etdikdən sonra sülh müqaviləsi ətrafında danışıqlar edə bilər. Biz 60-65%-lik güzəştlər edə bilmərik. Azərbaycanın güzəşti Qarabağda yaşayan ermənilərə müəyyən dəyişikliklər edilmiş konstitusional hüquqların verilməsi ola bilər”.
Mehman