Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Banan içərisindən 9 tona yaxın kokain çıxdı -ÖZƏL

Banan içərisindən 9 tona yaxın kokain çıxdı


Ekvador polisi cari il üçün hələlik ən böyük antinarkotik əməliyyatını həyata keçirib. Belə ki, ölkə polisi Belçikaya göndərilən bananların içərisindən təxminən 8,8 ton kokain aşkar edib.

Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, təyinat yerinə göndərilən narkotiklərin ümumi dəyəri 330 milyon dollar olub.

Qeyd edək ki, Ekvador qonşu Peru və Kolumbiyada istehsal olunan kokainin əsas tranzit ölkələrindən birinə çevrilib.

Dünyanın ən böyük banan ixracatçısı olan Ekvadorda qaçaqmalçılar qeyri-qanuni daşımaları adətən meyvələr arasından həyata keçirməyə çalışırlar.

Natiq
Xəbəri paylaş