"Azərbaycanda əksər televiziyalarda dəvət olunan qonaqlar seçilir. Ümumi inkişaf da hiss olunur. Lakin bəzi efirlərdə ailəsi, qohumları, ictimaiyyətimiz tərəfindən qəbul edilməyən, əxlaqında və davranışında aşkar qüsuru olanlara da rast gəlirik".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, belə birilər efirdən tərbiyə və əxlaqdan millətə tövsiyələr verir:
"Onların arasında vulqar rəqs edən nazir müavinləri də var. Anlayıram ki, TV bəzi şübhəli əxlaq səviyyəsinə malik olanlari ya araşdırmaq imkanına malik deyil, ya da efirə dəvət etmək məcburiyyətindədir. Azsaylı TV-lər səviyyə və zövq baxımından zəif kütlənin arxasınca getməkdənsə, bu kütləni arxasınca aparıb bəlli bir səviyyəyə çatdırmalıdır. Bu ilkin mərhələdə asan olmayacaq, lakin qalıb xalqın milli dəyərlərinin formalaşdırılması və bunların gələcək nəsillərə çatdırılması baxımından sadalanan addımlar mühüm əhəmiyyət kəsb edəcək".
Mehman