Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya dövlətləri, beynəlxalq təşkilatlar Qarabağın bərpasına o qədər də maraq göstərmir -ÖZƏL

Dünya dövlətləri, beynəlxalq təşkilatlar Qarabağın bərpasına o qədər də maraq göstərmir


“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, humanitar qurumlar Qarabağın yenidənqurulması və bərpası prosesinə o qədər də maraq göstərmirlər. Bu da onların ikili münasibətləri, proseslərə humanitar mövqedən deyil, dini nöqteyi nəzərdənn yanaşdıqlarını göstərir”.

Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında qeyd olunub. Mərkəzdən Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Ukraynada müharibə davam etdiyi halda bu ölkənin yenidənqurma-bərpasına yardım ayıran beynəlxalq humanitar təşkilatlar, dünya dövlətləri təəssüf ki, Qarabağın işğaldan azad edilməsindən 3 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq bu bölgənin yenidən qurulmasında maraqlı görünmür, yardım ayırmırlar:

"Bu da dünyanın nə dərəcədə ədalətsiz, ikili standart üzərində qurulduğunu bir daha sübuta yetirir”.

Mərkəzin açıqlamasında daha sonra qeyd olunur:

Yalnız Azərbaycana dost olan ölkələr Qarabağın bərpası prosesində maraqlı görünür, bu məqsədlə rəsmi Bakıya dəstəyini ifadə edir ki, bu da tamamilə dağıdılmış, yer üzündən silinmiş şəhər və rayonlarımızın yenidənqurulmasında olduqca kiçik bir göstəricidir. Hesab edirik ki, beynəlxalq təşkilatlar humanitar missiyalarda, yardımların ayrılmasında ikili yanaşmaya yol verməməli, proseslərə dini nöqteyi nəzərdən yanaşmamalıdırlar”.


Natiq
Xəbəri paylaş