Bir sıra hallarda müəssisə və təşkilatlarda əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi, yaxud onun vaxtından əvvəl ləğv olunması kimi hallara rast gəlinir. Son vaxtlarda tez-tez müşahidə etdiyimiz bu tendensiyanın nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirmək üçün Vəkil Qədirovaya müraciət etdik.
Newscenter.az-a verdiyi açıqlamada vəkil Vəfa Qədirova deyib ki, Əmək müqaviləsinə xitam verilməsi üçün ilk növbədə bir sıra əsaslar olmalıdır.
Onun sözlərinə görə, Əmək müqaviləsinə xitam verilməsi üçün ilk növbədə buna tərəflərdən birinin təşəbbüsü olmalıdır:
"Həmçinin, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi kimi hallarda da əmək müqaviıəsinə xitam verilə bilər".
Vəfa Qədirova onu da vurğulayıb ki, tərəflərin iradəsindən asılı olmayan hallar, eyni zamanda tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar baş verərsə, bu halda da əmək müqaviləsinə xitam verilməsi mümkündür.
İnqilab