Xocalı soyqırımı və Qarabağın işğalı dövründə əsir və itkin düşən insanlar və yaralılarla bağlı bu günə qədər qəribədir susulan məsələ var. Orqan ticarəti. Ermənilər azərbaycanlıların orqanlarını çıxardıb dünya qara bazarında milyonlar qazanıblar. Özü də Xankəndi-Tehran-Paris xətti üzrə. İndi isə ətraflı
İnsan orqanı ilə ticarətin kökü 1933-cü ilə Ukraynada ilk əməliyyata gedib çıxır. Bu ilk dəfə Ukraynada həyata keçirilsə də, onlar bu istiqamətdə uğur qazana bilməyiblər. İlk dövrlərdə böyrək köçürülən xəstələrin demək olar ki, hamısı ölüb. Yalnız 1954-cü ildə amerikalı həkimlər Bostonda ilk yüksək nəticəli transplantasiya əməliyyatına imza atıblar.
Bundan sonra isə orqan mafiyasının fəaliyyəti genişlənib. Dünyanın kasıb ölkələri və müharibə gedən ölkələrdə böyük biznes şəbəkəsi qurublar. Orqan mafiyasının bir qoluna da Asala daxildir. Asala illərdir bu işdə yüzlərlə insanı oğurlayaraq orqanlarını satıblar. Hətta Ermənistan ilk müstəqillik illərində Asalaya dəstək olmaq üçün özəl xəstəxana yaratmış idi. 1990- illərin mətbuatına nəzər yetirsək, görərik ki, Ermənistan dünyada insan orqanlarının alveri sahəsində 1-ci yeri tuturdu. Ermənilər əsir götürülən uşaq və yeniyetmələrin orqanlarını satırdılar. Bunun üçün Laçın şəhərində səyyar tibb məntəqəsi hazırlamışdılar. Burada əsir götürülmüş insanların orqanlarının çıxarılması ilə məşğul idilər. O dövrdə qara bazarda ən gəlirli sahə kimi sayılan orqan alverində İran İslam Respublikasının adı çox hallanır. Qara bazara çıxarılan orqanların satışında adı keçənlər içərində İranda “Xomeyni xəstəxanası”-var. Bu xəstəxana İranda bəzi xəstəxanalar kimi insan orqanlarının çıxarılması və xarici qara bazarlarla çıxarılması kimi tanınıb.
Qarabağın işğalı dövründə və Xocalı soyqırımdan sonra Ermənistan-İran əməkdaşlığı bu sahədə çox aktivləşir. Bu əməliyyatlardan Laura Lalayan və Aleksandr adlı həkim külli miqdarda pul götürürdülər.
Şuşa şəhərinin işğalından sonra Laura Lalayan adlı erməni terrorçusu əsir və girovlar üzrə xüsusi bir əmr alır. Bunun üçün ona Şuşanın qərb hissəsindəki Xəlfəli yaşayış məntəqəsində xüsusi amputasiya otağı və xüsusi bir məktəb verirlər. Burada onun işi əsir düşən azşaylı uşaqların orqanlarının çıxarılması və sonradan həmin uşaqların millətçi erməni kimi yetişdirilməsi tapşırılır.
Maraqlıdır ki, Dağlıq Qarabağda əsir düşən uşaqların orqan işinə başçılıq edən Laura Xankəndində orqanların çıxarılması üçün texniki imkanları olmadğından Xomeyni xəstəxanasında uşaqları tam yoxlamadan keçirirdilər. Ordan çıxarılan əsirlərin orqanları xüsusi təyyarə ilə Parisdəki Necker xəstəxanasına göndərilir və burdan müvafiq müştərilərə satılırdı...
Birinci Qarabağ müharibəsində itkin hesab olunan 4 minə yaxın azərbaycanlının taleyi haqqında hələ də bir məlumatlmız yoxdur və Ermənistan da bizə bu məlumatların verilməsindən boyun qaçırır. Çünki işğaldan azad edilən ərazilərdə tapılan məzarlıqlarda əksər meyitlərin orqanları çıxarılmış idi. 1994-cü ildə “Human Right” təşkilatının azərbaycanlılarla bağlı hesabat yayıb. Hesabatda ermənilər tərəfindən həbs edilmiş azərbaycanlı əsirlərin orqanlarının necə çıxarıldığı və işgəncə ilə öldürüldüyü qeyd edilib. İndi bu hesabat yoxa çıxıb. Yəni təşkilat öz saytından hesabatı silib.
Məsəl üçün. Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin bazu sümüyü Xankəndində erməni "həkimləri" tərəfindən çıxarılmış və satılmışdır. Bu kimi yüzlərlə fakt var, sadəcə adları yazmaq olduqca əzabvericidir
Dosent Zaur Əliyev