Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Fənərbaxça"nı daha bir məşhur tərk edir -ÖZƏL

"Fənərbaxça"nı daha bir məşhur tərk edir


Türkiyənin "Fənərbaxça" klubundan daha bir məşhur ayrılır.

Newscenter.az-ın haber7.com-a istinadən veridyi məlumata görə, klubdan yollarını ayıracaq məşhur qapıçı Altay Bayındırdı.

Fransanın "Jeunesfooteux" mətbu orqanında dərc olunan xəbərə görə, "Monako" komandası Altay Bayındırla maraqlanır və onu transfer etmək istəyir. Danışıqlarda "Monako"nun idman direktoru Pol Miçelin şəxsən iştirak etdiyi iddia olunur. Bundan başqa Avropadan bir çox klubun da Altay Bayındırı trnasfer etmək istədiyi biuldirilir.

Qeyd edək ki, 24 yaşlı qolkiper bu mövsüm "Fənərbaxça"da 33 oyunda iştirak edib. Hazırda dəyəri 13 milyon avro olan futbolçunun "Fənərbağça" ilə müqaviləsi iyunda başa çatır.

Oruc
Xəbəri paylaş