Türkiyənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu ötən gün idman futbol arenasında hökuməti istefaya çağıran şüarların səsləndirilmıəsinə münasibət açıqlalyıb.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, baş vermiş hadisəni tənqid edən nazir "İdman sahələri siyasət meydanı deyil" deyə vurğulayıb.
Mehmet Muharrem Kasapoğlu idman yarışlarında bu kimi təxribatlara əsla imkan verməyəcəklərini bildirib:
“Ölkə və millət olaraq tarixin ən böyük fəlakətlərindən birini yaşadığımız bu dövrdə dövlətimiz və millətimiz əl-ələ verib yaralarımızı sarmaq üçün sarsılmaz bir iradə nümayiş etdirdi. Ötən üç həftə göstərdi ki, bu torpaqlar təkcə yaxşı günün xoşbəxtliyini birlikdə paylaşmayacaq, həm də pis günlərdən birlik olaraq çıxmağı bacaracaq".
Oruc