Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR


Millət vəkili Könül Nurullayeva Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə fikir mübadiləsi aparıb.

Bildirmək istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında sosial yardım, tibbi müayinə ilə bağlı istəklərinin təmin edilməsi, eyni zamanda vətəndaşların işə qəbul olunmaqla bağlı müraciətləri başlıca yer almışdır.

Millət vəkilinin qərargahından Newscenter.az-a verilən məlumata görə, deputat Könül Nurullayevaya çatdırdırılan bütün müraciətlər qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.



Ruhiyyə
Xəbəri paylaş