Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml rəhbərliyi tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasında maraqlıdır -ÖZƏL

Kreml rəhbərliyi tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasında maraqlıdır


“Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəmizə nəzərdə tutulan səfəri haqqında danışarkən ilk öncə regionda baş verən proseslər və Rusiyanın beynəlxalq müstəvidə üzləşdiyi çətinliklərə diqqət yetirmək lazımdır”.

Bu fikirləri Newscenter.az-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadənin sözlərinə görə, səfərin əsas məqsədi ondan ibarətdir ki, Kreml rəhbərliyi tez bir zamanda Azərbaycan-Ermənistan arasında sülh sazişinin bağlanmasında maraqlıdır:

“Bununda bir neçə səbəbi var. Birincisi, Rusiya vasitəçi tərəf kimi Vaşinqtonu qabaqlayaraq iki ölkə arasında sülhün əldə olunmasına nail olmaq istəyir. İkincisi, Ukraynada aparılan əməliyyatlarla əlaqədar olaraq Rusiya əsas diqqətini bu istiqamətdə yönəlmək istəyir ki, üzləşdiyi çətin situasiyadan çıxa bilsin”.

AVP rəsmisinin qənaətincə, həmçinin, Kreml rəhbərliyi yaxşı anlayır ki, Ermənistan tərəfi normallaşma prosesini ləngitməklə Aİ missiyası fonunda Rusiya təsirindən uzaqlaşmaq istəyir və Moskvanın Ermənistanda olan hərbi varlığını sonlandırmaq istəyir:

“Rusiya Zəngəzur dəhlzinin açılmasında maraqlıdır ki, üç tərəfli bəyanata əsasən dəhliz boyu təhlükəsizliyi Rusiya hərbçilərini təmin edəcək və bu da Rusiyaya hələ uzun illər Ermənistanda hərbi gücünü qoruyub saxlamaq imkanı qazandıracaq”.

Pərviz Mirizadə qeyd edib ki, son zamanlar Moskva və Bakı arasında diplomatik hərəkətlilik müşahidə edilir:

“Bir müddət öncə Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovanın Moskva səfəri və burada Dövlət Dumasının rəhbər şəxsləri ilə görüşlərin keçirilməsi, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan Ermənistan danışıqlarında xüsusi nümayəndəsi İqor Xovayevin ölkəmizə səfəri belə deməyə əsas verir”.


Mehman
Xəbəri paylaş