Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Krımda döyüşlər başlayacaq: Ukrayna ciddi itkilər verə bilər

Krımda döyüşlər başlayacaq: Ukrayna ciddi itkilər verə bilər


Krımda döyüşlər başlayacaq: Ukrayna ciddi itkilər verə bilər

Ukrayna Baş Qərargahındna verilən məlumata görə, ruslar müvəqqəti işğal altında olan Krım yarımadasının müdafiəsini gücləndirməyə başlayıblar. Məlumata görə, yarımadada yeni istehkamlar tikilir: “Mühəndislik işləri ilə bağlı olaraq Çelyabinsk vilayətindən 150 çağırışçı Krıma gətirilib”.

Daha əvvəl Krımın Sevastapol şəhərində Ukrayna bayrağının ucaldılmasına dair məlumat yayılmışdı.

Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski dəfələrlə bildirib ki, müharibə ölkənin ərazi bütövlüyünün bərpa olunması, o cümlədən Krımın azad edilməsi ilə başa çatmalıdır. Əlbəttə, bu cür bəyanatlar həm də Qərbin dəstəyinin təzahürüdür.

Ukrayna tərəfinin Krımla bağlı yaydığı məlumatlar eyni zamanda informasiya müharibəsinin tərkib hissəsi, psixoloji təsir vasitəsi kimi qiymətləndirilməlidir. Buna baxmayaraq, nəzərə almaq lazımdır ki, yaxın gələcəkdə Krımda döyüşlərin başlanmasına dair ehtimalları gücləndirən bir neçə məqam var.

Birincisi, müxtəlif ölkələrin kəşfiyyat xidmətləri, həmçinin Ukraynanın müdafiə və təhlükəsizlik şurasının qənaətinə görə, qarşıdakı aylar müharibənin taleyi üçün həlledici olacaq. Bu o deməkdir ki, yaxın həftələrdə Ukraynanın əks- hücum əməliyyatlarına başlayacağı gözləniləndir.

İkincisi, qarşıdakı həftələrdə Qərb ölkələrinin Ukraynaya ağır tanklar verəcəyi gözlənilir. Polşa “Leopard- 2”lərin ilk partiyasını artıq Ukraynaya göndərib. Həmçinin uzaqmənzilli raketlərin tədarükü ilə bağlı da danışıqlar gedir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Ukraynanın əks-hücum əməliyyatlarına başlaması mümkündür.

Üçüncü bir tərəfdən, müxtəlif proqnozlara görə, bu il müharibə başa çata bilər. Kiyevin məqsədi Krımın azad olunmağı da daxil olmaqla, ərazi bütövlüyünü təmin etməkdirsə, deməli, yaxın vaxtlarda yarımadada döyüşlər başlamalıdır.

Nəzərə almaq lazımdır ki, Krımın azad edilməsi Ukraynaya heç də asan başa gəlməyəcək. Ukrayna Silahlı Qüvvələrinin bu döyüşlərdə ciddi itki verəcəyini indidən proqnozlaşdırmaq olar. Çünki Rusiya təxminən 10 il ərzində Krımda möhkəmlənib, yarımadada güclü istehkamlar qurub. Deməli, Krımda döyüşlər başlayarsa, Ukraynaya Qərbin dəstəyi daha çox lazım olacaq.

Əgər Krımda döyüşlər başlayarsa, bu, müharibənin gedişatında növbəti, daha şiddətli mərhələ olacaq.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş